AZ

“Qarabağın azadlığı sizin möhkəm iradənizin parlaq təcəssümüdür” Cavid Qurbanov

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini, sabiq deputat Cavid Qurbanov Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Gununsesi.info həmin təbrik məktubunu təbrik məktubunu təqdim edir:

“Sizi doğum gününüz münasibətilə ürəkdən, sonsuz hörmət və sevgi ilə təbrik edirəm. Siz Azərbaycan xalqı üçün sadəcə bir Prezident deyil, Ulu Öndər Heydər Əliyev yolunu böyük şərəf və qətiyyətlə davam etdirən, xalqına dayaq olan əvəzolunmaz lider, qorxmaz sərkərdəsiniz.

Qarabağın azadlığı Sizin möhkəm iradənizin, siyasi qətiyyətinizin və Vətənə sonsuz sevginizin parlaq təcəssümüdür. Bu tarixi Qələbə xalqımıza böyük qürur hissi, gələcəyimizə isə sarsılmaz inam bəxş etmişdir.

Siz xalqın güvəndiyi, millətin fəxr etdiyi böyük şəxsiyyət, bizim üçün ən əziz insansınız.

Uca Allah Sizə uzun ömür, möhkəm can sağlığı, ailənizə firavanlıq, dövlətimizə və xalqımıza isə Sizin rəhbərliyinizlə daim yeni qələbələr nəsib etsin. Tanrı Sizi və ailənizi öz nəzərində saxlasın”.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
2
icma.az

3Mənbələr