AZ

Polis polkovniki işdən çıxdı

Daxili İşlər Nazirliyinin (DİN) rəsmi mətbuat orqanı olan “Polis” qəzetinin redaktoru, polis polkovniki Hafiz Təmirov işdən çıxıb.

Ucnoqta.az “Yeni Sabah”a istinadən xəbər verir ki, o, başqa işə keçib.

Hazırda qəzet DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevin rəhbərliyi ilə dərc olunur.

Qeyd edək ki, “Polis” qəzetində redaktor baş redaktor funksiyasını yerinə yetirir. 

Seçilən
27
9
ucnoqta.az

10Mənbələr