
Ankarada qəzaya uğrayan təyyarənin göyərtəsində Liviya Ordusunun Baş Qərargah rəisi Məhəmməd əl-Həddad da daxil olmaqla səkkiz nəfər olub. Ekipaj üzvləri Fransa vətəndaşları idi.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.
"Təyyarənin göyərtəsində Fransa vətəndaşları olan hərbi nümayəndə heyətinin beş üzvü və üç heyət üzvü olub", - deyə açıqlamada bildirilir.
Dünən Ankaranın Esenboğa hava limanından Tripoliyə uçan özəl "Falcon 50" iş təyyarəsi qəzaya uğrayıb. Təyyarə qəzasından heç kim sağ çıxmayıb. Qəzaya uğrayan təyyarənin qalıqları tapılıb.
İlkin məlumatlara görə, təyyarə havaya qalxdıqdan qısa müddət sonra elektrik nasazlığı baş verib. Pilotlar hava nəqliyyatının idarə olunmasına məlumat verdikdən sonra geri qayıtmağa çalışıblar, lakin təyyarə paytaxtın cənubunda yerləşən Haymana şəhəri yaxınlığında qəzaya uğrayıb.
Məryəm Quliyeva