AZ

İtaliya nəhəngi Çempionlar Liqasının qalibi ilə yollarını ayırdı

"Milan" klubunda ayrılıq reallaşıb. 

Fanat.Az xəbər verir ki, məlumatı məlumatı İtaliya nəhənginin rəsmi saytı yayıb.

Divok Oriqi "Milan"dan göndərilib. İtaliyalılar 30 yaşlı belçikalı hücumçu ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv ediblər.

Oriqi 2022-ci ildən bəri "Milan"da oynayırdı. O, komandanın heyətində bütün yarışlarda 36 oyun keçirib və iki qol vurub.

Oriqi 2018/19 mövsümündə "Liverpul" ilə Çempionlar Liqasının qalibi olub. O, yarımfinalda "Barselona"ya 2 qol vurub, həmçinin finalda "Tottenhem"in qapısına yol tapıb. 

Seçilən
21
1
fanat.az

2Mənbələr