Ukrayna ordusu rusların sualtı qayığını və modernləşdirilmiş İl-38N (Dəniz Əjdahası) kəşfiyyat təyyarəsini məhv ediblər.
Azreform.info xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Ukrayna tərəfi Novorossiyskdə sualtı qayığı bombalamazdan öncə Rusiya hərbi dəniz qüvvələrinə məxsus İl-38N təyyarəsini məhv edib.
Ukrayna kəşfiyyat xidməti qeyd edib ki, İl-38N təyyarəsi dəniz kəşfiyyatı, sualtı qayıq ovçuluğu, su müşahidəsi, minalama və torpedo zərbələri üçün nəzərdə tutulub. Təyyarənin qiyməti 24 milyon dollara başa gəldiyi bildirilir.
Məlumatda o da qeyd olunub ki, Qara dənizdə rusların hədəfə doğru hərəkət edən "Sub Sea Baby" sualtı dronu aşkar edə bilən bu sinifdən yalnız bir təyyarəsi olub.
Həm təyyarənin, həm də sualtı qayığın vurulmasının videosu paylaşılıb.
Hərbi portal "Defense Express"in analitikləri qeyd edirlər ki, bu, təkcə tarixi bir presedent deyil, həm də hazırda iki Kalibrli sualtı qayığın qaldığı Qara dənizdə Rusiyanın imkanlarının zəifləməsinin son mərhələsidir.
Novorossiysk körfəzində Varşavyanka sualtı qayığının vurulması, dünya tarixində sualtı dronun sualtı qayığa uğurla hücum etməsi ilə bağlı ilk təsdiqlənmiş haldır və dərhal kritik nəticələr verir.
Mürtəza