AZ

Rusiyanın səksəkəli gecəsi: 170-dən çox dron vuruldu

Hava hücumundan müdafiə sistemləri gecə ərzində Rusiya bölgələri üzərində 172 Ukrayna dronu vurub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Onların əksəriyyəti - 110 pilotsuz uçuş aparatı Bryansk vilayətinin ərazisində məhv edilib.

Belqorod vilayəti üzərində isə qarşı tərəfin iyirmi PUA-sı məhv edilib. Daha 14 Ukrayna dronu Kaluqa, 12-si isə Tula vilayəti üzərində vurulub. Oryel vilayətində altı dron məhv edilib.

Bundan əlavə, hava hücumundan müdafiə qüvvələri gecə ərzində Moskva bölgəsi üzərində dörd dron zərərsizləşdirib ki, bunlardan ikisi Moskvaya doğru hərəkətdə olub.

Seçilən
36
publika.az

1Mənbələr