AZ

“Azərbaycan dini abidələrin qorunmasını təmin edir” -

“Ombudsman təsisatı olaraq, məscidlərin, dini abidələrin və qəbiristanlıqların erməni vandalizm aktlarına məruz qalmalarını əks etdirən faktları aidiyyəti hesabatlarımızda əks etdirərək dünya ictimaiyyətinin, o cümlədən müxtəlif dini icma və konfessiyaların diqqətinə çatdırmışıq”.Mətbuat.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva “Azərbaycan Din Xadimlərinin Forumunda” çıxışı zamanı deyib: “Paytaxt və regionları əhatə etməklə, dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və dini icmalarla əməkdaşlıqda insan hüquqlarının müxtəlif aspektləri, o cümlədən dini tolerantlıq, multikulturalizm, vicdan azadlığı, dinlərin sülhə töhfəsi və digər mövzularda davamlı olaraq maarifləndirmə tədbirləri həyata keçirməkdəyik.Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan Respublikası Prezidentinin müdrik hərbi-diplomatik siyasəti nəticəsində regionda sülhün bərqərar olunması və bununla da insan hüquqlarının inkişafı istiqamətində mühüm addımlar atılmışdır.

Əldə olunan bu kimi nəticələr ölkəmizi regional və qlobal müstəvidə sülh, təhlükəsizlik və humanitar əməkdaşlığın təşviqinə yönələn təşəbbüslərin fəal iştirakçısına çevirib”.

Seçilən
93
metbuat.az

1Mənbələr