AZ

Sadettin Saranın narkotik testi pozitif çıxdı

İstanbulda aparılan narkotiklə bağlı istintaq çərçivəsində "Fənərbaxça" İdman Klubunun prezidenti Sadettin Saranın narkotik maddə testinin müsbət nəticə verdiyi bildirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində şübhəlilərdən götürülən qan və saç nümunələri ilə bağlı Məhkəmə-Tibbi Ekspertiza Qurumu tərəfindən hesabat hazırlanıb.

Hesabata əsasən,  "Fənərbaxça" İdman Klubunun prezidenti Sadettin Saranın saç nümunələrində narkotik testinin müsbət nəticə verdiyi müəyyən edilib.

Saranın qan, sidik və dırnaq nümunələrində isə test nəticələrinin mənfi olduğu aşkarlanıb.

Seçilən
40
2
operativmm.az

4Mənbələr