ain.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Prezident İlham Əliyev müasir dünya tarixinə sözü ilə əməli bir olan, milli maraqları hər şeydən uca tutan güclü lider kimi daxil olub. Onun rəhbərliyi ilə Azərbaycan artıq müdafiə olunan tərəf deyil, regionun gələcəyini diktə edən tərəfdir. Sabitlik, inkişaf və qələbə — bu üç amil İlham Əliyev erasının vizit kartıdır.Newscenter.az xəbər verir ki, bunları Yeni Azərbaycan Partiyasının üzvü Orxan Baxşəliyev səsləndirib. O deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz son 22 ildə öz tarixinin ən qüdrətli və şanlı dövrünü yaşayır:"Bu dövr təkcə iqtisadi artımla deyil, həm də milli qürurumuzun bərpası, ərazi bütövlüyümüzün təmini və Azərbaycanın qlobal müstəvidə nüfuzlu bir güc mərkəzinə çevrilməsi ilə xarakterizə olunur".Cavid
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.