AZ

9 mindən çox müəllimi əhatə edən təlimlər keçirildi

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təqvim ili ərzində ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 9 min 95 müəllimi və məktəbəqədər təhsil müəssisələrində çalışan 232 tərbiyəçi-müəllimi əhatə edən təlimlər keçirilib.

Bu barədə Bakıvaxtı.az-a BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, təlimlər məktəb-valideyn əməkdaşlığı, məktəb idarəçiləri üçün effektiv ünsiyyət strategiyaları, məktəb idarəetməsində İKT və süni intellektin tətbiqi, data əsaslı yanaşma, tədrisdə differensial yanaşma, məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlıq səviyyəsinin artırılması və digər mövzulara həsr olunub. Həmçinin fənn müəllimləri üçün ixtisasartırma və metodiki seminarlar təşkil edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
6
bakivaxti.az

7Mənbələr