AZ

"Dövlətlər din və vicdan azadlığını təmin etdikdə cəmiyyətdə güvən mühiti yaranır"

BAKI, 24 dekabr. TELEQRAF

“Mədəniyyətlər və dövlətlər din və vicdan azadlığını təmin etdikdə, cəmiyyətdə qarşılıqlı etimad və təhlükəsiz mühit formalaşa bilər”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş Din Xadimlərinin II Forumunda deyib.

O qeyd edib ki, Azərbaycan və Türkiyə təhsildən ailəyə qədər bir çox sahədə ortaq əməkdaşlıqlara imza atıb.

"Qardaşlıq ruhunun daha da güclənməsini arzulayırıq. Allah bizə ədalətli olmağı əmr edib. İslama könül verən hər bir müsəlman bütün insanlara qarşı haqq və hörmətlə yanaşmalıdır. İslamda heç kimə zorla din qəbul etdirmək yoxdur. İnsanlar barış içində yaşaya bilərlər”, - o qeyd edib.

Seçilən
23
teleqraf.com

1Mənbələr