Tuvada bir qrup şəxs sinif yoldaşını döyüb -24 dərəcədə dondurublar.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Məktəb direktoru və dostları tərəfindən ölümə tərk edilən kişinin qolları və ayağı kəsiləcək.
Məlumata görə, Rusiyanın Tuva Respublikasında dəhşətli hadisə baş verib. Sərxoş dostlar keçmiş sinif yoldaşlarını döyərək -24 dərəcə şaxtada ölümə tərk ediblər.
Hadisə həlak olan hərbçinin yas mərasimi üçün toplaşdıqları məktəbdə baş verib. Bavuu-Dorju (zərərçəkən şəxs) orada keçmiş sinif yoldaşları ilə içki içərkən aralarında münaqişə yaranıb.
Sinif yoldaşları Eduard və Kərim, məktəbin qadın direktoru ilə birlikdə Bavuu-Dorjunu məktəb stadionuna çıxararaq kütləvi şəkildə döyüblər.
Daha sonra zərərçəkəni avtomobilə qoyaraq direktorun qohumunun anbarına aparıb -24 dərəcə şaxtada oraya atıblar.
Qohumları hadisədən bir gün sonra xəbər tutublar. Anası tanınmaz hala düşmüş oğlunu çətinliklə tanıya bilib.
Həkimlər Bavuu-Dorjuya ağır donvurma, böyrək çatışmazlığı və çoxsaylı xəsarətlər diaqnozu qoyublar.
Onun hər iki qolunun və bir ayağının amputasiya ediləcəyi bildirilir. Ailə günahkarların cəzalandırılmasını tələb edir.
Xuraman Etibarlı
İnterpress.az