AZ

100 gün dünya ilə əlaqəni kəs 46 min AZN qazan!

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yer kürəsində kosmik səyahətin sərt şərtlərini sınaqdan keçirməyə çalışan Almaniya könüllülər üçün qeyri-adi bir çağırış edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, elmi təcrübənin bir hissəsi olaraq 100 gün dünyadan tamamilə təcrid olunmuş vəziyyətdə yaşamağa razı olan könüllülərə 23.000 avro (46 103 AZN) ödəniləcək. 

Kölndə aparılacaq təcrübənin məqsədi astronavtların Aya və Marsa göndərildikdə qarşılaşacaqları şərtləri sınaqdan keçirməkdir. İştirakçılar kosmik stansiya simulyasiyası daxilində Yerdən tamamilə təcrid olunmuş şəkildə yaşayacaqlar.

Layihədə iştirak edən könüllülər təcrübə boyunca 24 saat nəzarət altında olacaqlar. Təcridin fiziki və psixoloji təsirləri ekspert qrupları tərəfindən yaxından izləniləcək.

Təcrübədə iştirak etmək istəyən namizədlər sağlam olmalı, ingilis dilində sərbəst danışmalı və ən azı bakalavr dərəcəsinə malik olmalıdırlar. Texniki, tibbi və ya oxşar elmi sahələrdə təcrübəsi olan namizədlərə də üstünlük veriləcək.

Gülayə Mecid 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
1
unikal.az

2Mənbələr