Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakıda 3000-dən çox sakinin yaşadığı binaların ətrafı hasara alınıb.
Axar.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, söhbət Xətai rayonu, Gəncə prospekti, 23, 25, 27 ünvanlarından gedir.
Sakinlər deyir ki, yaşadıqları binanın qarşısındakı ərazidə başqa bir yaşayış binası tikiləcək.
Bu səbəbdən sakinlərin uzun müddətdir istifadə etdiyi yol bağlanıb. Onlar mərkəzə getmək üçün uzun məsafə qət etməli olurlar.
Sakinlər binanın qarşısında yeni bina tikilməsini istəmirlər. Onlar iddia edirlər ki, 15 il öncə baş verən zəlzələdən sonra binalarında problem yaranıb. Üstəlik, yeni binanın tikiləcəyi ərazi sürüşmə zonasıdır.
Qeyd olunan ünvanlarda yerləşən torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müvafiq çıxarışa əsasən yaşayış binalarının tikintisi üçün Hayat Residence MMC-yə icarəyə verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirilib ki, sözügedən ərazi sürüşmə zonası kimi müəyyən edilməyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.