AZ

Füzuli şəhərinin su infrastrukturu üçün 12 milyon manat ayrıldı

Füzuli şəhərində su və kanalizasiya infrastrukturu üzrə iri layihə həyata keçiriləcək.

Banker.az xəbər verir ki, “Tikilməkdə olan obyektlərin müdiriyyəti” Publik Hüquqi Şəxsi tərəfindən Füzuli şəhərinin magistral su xətlərinin, tullantı və yağış kollektorlarının, eləcə də müvafiq qurğuların tikintisi ilə bağlı layihə üzrə işlərə başlanılır.

Layihə çərçivəsində LS sənədlərinin hazırlanması və tikinti işlərinin icrası məqsədilə keçirilən satınalma prosedurunun qalibi “Protean Construction” Açıq Səhmdar Cəmiyyəti olub.

Tərəflər arasında bağlanan müqavilənin ümumi dəyəri 12 milyon 41 min manat təşkil edir.

Seçilən
27
banker.az

1Mənbələr