AZ

Putin İlham Əliyevi ad günü münasibətilə təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib və iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edəcəyinə əminliyini ifadə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Putin bildirib ki, İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sosial-iqtisadi sahələrdə mühüm uğurlar qazanıb və beynəlxalq arenada mövqelərini ardıcıl şəkildə möhkəmləndirib.

Rusiya lideri vurğulayıb ki, Moskva və Bakı arasındakı münasibətlər dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət kimi möhkəm ənənələrə əsaslanır və gələcəkdə də hər iki xalqın maraqlarına xidmət edən strateji tərəfdaşlıq və müttəfiqlik xətti üzrə inkişaf edəcək.

Vladimir Putin İlham Əliyevə möhkəm cansağlığı, firavanlıq və fəaliyyətində yeni uğurlar arzulayıb, həmçinin ailə üzvlərinə salamlarını çatdırıb.

Seçilən
22
operativmm.az

1Mənbələr