AZ

Ötən gün 33 cinayətin açılması təmin edilib

Dekabrın 24-də ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 224, o cümlədən borclu şəxs qismində axtarışda olan 194, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 və dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 6 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 17,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Eləcə də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib. Polis əməkdaşları paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 7 tüfəng, 2 patron darağı və 1312 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər də saxlanılıb.

Seçilən
25
49
sia.az

10Mənbələr