AZ

Suriyalı nazirlər Kremldə Putinlə görüşüblər

ain.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az xəbər verir ki, “SANA” agentliyinin məlumatına görə, Rusiya ilə müdafiə sahəsində əməkdaşlıq Suriyada və bütün Yaxın Şərq regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə yönəlib. “Danışıqlar zamanı tərəflər hərbi texnikanın modernləşdirilməsi və müasir təkmilləşdirmələrin tətbiqi, habelə hərbi-texniki təcrübənin ötürülməsi yolu ilə Suriya ordusunun müdafiə qabiliyyətinin artırılması məsələlərini müzakirə ediblər. Hərbi sənaye kompleksində əməkdaşlığın strateji xarakter daşıması xüsusi vurğulanıb”, - məlumatda deyilir. Bundan əlavə, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi zamanı görüş iştirakçıları “Beynəlxalq forumlarda Dəməşq və Moskva arasında siyasi və diplomatik koordinasiyanın vacibliyini” vurğuladılar. Kremlin mətbuat xidməti hələlik belə bir görüşün olduğu barədə məlumat verməyib. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
azvision.az

1Mənbələr