AZ

Şəhriyar Əsgərov: “Yerlilər zəif təsir bağışladı, bu ciddi siqnaldır”

“Quba” basketbol klubunun baş məşqçisi Şəhriyar Əsgərov komandanın yerli oyunçularının son matçdakı çıxışından narazı qaldığını bildirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis açıqlamasında əcnəbi və yerli basketbolçuların performansını müqayisə edərək bildirib ki, əsas məyusluq ehtiyatdan meydana girən yerlilərlə bağlıdır.

“Əcnəbi oyunçulara nəsə deyə bilmərəm. Bacardıqlarını etdilər. Görünür ki, ondan artığını etməyə də gücləri çatmadı. Sadəcə bençdən meydana girən yerli oyunçular zəif təsir bağışladılar. Səhvlərə yol verdilər. Zaur Paşayevin yoxluğu da aşkar göründü. Amma belə olmamalıdır. Meydana daxil olan yerli gənclərimiz özlərini göstərməlidir, onlar üçün yaxşı şans yaranıb ki, oynasınlar. Əslində, yığma və klubların baş məşqçiləri üçün ciddi siqnaldır. Yerlilərimizin zəif performans göstərməsini qeyd edirəm. Özü də, milli üzvlərinin”, - deyə baş məşqçi bildirib.

Mütəxəssis komandanın qış fasiləsinə qədər olan çıxışını da dəyərləndirib və planlaşdırılan nəticələrdən geri qaldıqlarını etiraf edib:

“Qışa qədər hardasa 6 qələbə qazanacağımızı gözləyirdik. Məsələn, ‘Sərhədçi’ üzərində 2 qələbə gözləyirdik. ‘Lənkəran’a uduzmaya bilərdik. Hazırda 3-cü pillədəyik, sürüşkən yerdir. Bir xal fərqi ilə orada qərarlaşmışıq, ‘Sərhədçi’ ilə xallarımız bərabərləşdi. Yeni ildən heç olmasa, 5 oyundan üçündə qələbə qazanmalıyıq. Pley-off mərhələsinə son pillədən çıxmamağa çalışacağıq”.

İdman.Biz
Seçilən
18
1
idman.biz

2Mənbələr