Yəməndə hökumət və Husi üsyançıları arasında əsirlərin mübadiləsi barədə razılıq əldə edilib.
Turkustan.az xəbər verir ki, razılaşmaya əsasən, ümumilikdə 2900 əsir və saxlanılan şəxs dəyişdiriləcək.
Yəmən hökuməti ilə Husilər (Ənsarullah Hərəkatı) arasında ümumilikdə 2900 məhbus və saxlanılan şəxsin mübadiləsi ilə bağlı razılaşmanın 2014-cü ildə vətəndaş müharibəsinin başlanğıcından bəri ən əhatəli məhbus mübadiləsi olacağı gözlənilir.
Omanın paytaxtı Məsqətdə günlərlə davam edən danışıqlardan sonra Yəmən hökuməti və Husi üsyançıları əsir və saxlanılanların mübadiləsi barədə razılığa gəldiklərini açıqladılar.
Birləşmiş Millətlər Təşkilatının (BMT) və Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında əldə edilən razılaşma, Yəməndə vətəndaş müharibəsinin başlamasından bəri ən böyük əsir mübadiləsi kimi xarakterizə olunur.
Yəmən hökumətinin danışıqlar qrupunun rəhbəri Yəhya Məhəmməd Kezman sosial media hesabında hər tərəfdən ümumilikdə 2900 məhbusun və saxlanılan şəxsin azad edilməsini nəzərdə tutan razılaşmanın imzalandığını açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az