Polşanın “Motor” klubunda çıxış edən Renat Dadaşov karyerasını Azərbaycanda davam etdirə bilər.
İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, qış fasiləsində klubdan ayrılması gözlənilən 26 yaşlı hücumçunun “Qarabağ”a təklif edildiyi bildirilir.
Həmçinin forvardın Premyer Liqanın digər təmsilçiləri ilə də danışıqlar apardığı vurğulanır.
Qeyd edək ki, “Motor” rəhbərliyi Renat Dadaşovu transfer siyahısına salıb.