Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan ölkə Prezidenti Donald Trampla görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın ABŞ-dəki səfirliyi məlumat yayıb.
Bildirilib ki, Narek Mkrtçyan Ermənistan-Azərbaycan arasında sülhün bərqərar olunması istiqamətində göstərdiyi ardıcıl səylərə görə D. Trampa təşəkkür edib.
Donald Tramp isə öz növbəsində erməni xalqını təbrik edərək, onların sabitlik və sülh şəraitində yaşamağa layiq olduğunu bildirib. ABŞ Prezidenti Ermənistan-Azərbaycan sülh prosesinə sadiqliyini bir daha təsdiqləyib.
Bundan başqa, Tramp Ermənistan Baş naziri Nikol Paşinyana şəxsi imzası olan hədiyyə təqdim edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.