ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Bu gün ölkəmizdə formalaşmış dövlət-din münasibətləri bizim milli sərvətimizdir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Forum 2024-cü ildə təməli qoyulmuş mühüm bir ənənənin məntiqi davamıdır və dövlət-din münasibətlərinin sağlam, davamlı inkişaf xəttinin bariz göstəricisidir. Ramin Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin ötən il Forum iştirakçılarına ünvanladığı müraciətdə əksini tapan strateji hədəflər son bir il ərzində həyata keçirilən tədbirlər üçün əsas yol xəritəsi rolunu oynayıb.
Komitə sədri vurğulayıb ki, Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, dini müxtəlifliyə hörmətlə yanaşan ölkədir və bu tolerantlıq tarixən xalqın mənəvi dünyasında formalaşmış həyat tərzidir. Onun sözlərinə görə, məscidlər, kilsələr və sinaqoqlar vahid və bölünməz mənəvi irsin əsas dayaqları kimi çıxış edir.
Ramin Məmmədov bildirib ki, ölkədə həyata keçirilən din siyasəti demokratik, hüquqi və dünyəvi dövlətçilik prinsiplərinə əsaslanır, bütün konfessiyalar bərabər hüquq və imkanlara malikdir. O əlavə edib ki, din dövlət idarəçiliyinin alətinə çevrilmir, eyni zamanda dövlət də dinə qarşı laqeyd mövqe sərgiləmir.
Zeynəb Rzayeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.