AZ

Yaponiyada son 127 ilin ən aşağı doğum göstəricisi gözlənilir

Yaponiyada bu il doğum səviyyəsinin son 127 ilin ən aşağı həddinə düşəcəyi proqnozlaşdırılır.

Editor.az Asahi qəzetinə istinadla xəbər verir ki, yayımlanan hesablamalara əsasən, 2025-ci ildə ölkədə cəmi 667 min 500 uşaq dünyaya gələcək. Qeyd edək ki, ötən il Yaponiyada doğulan uşaqların sayı ilk dəfə olaraq 700 min nəfərdən aşağı düşmüşdü. Bu göstərici 1899-cu ildən, yəni rəsmi statistik uçotun aparılmağa başlanmasından bəri qeydə alınan ən aşağı rəqəm hesab olunur.

Yeni proqnoz Milli Əhali və Sosial Təminat İnstitutunun 2025-ci il üçün açıqladığı 749 min doğum gözləntisindən xeyli aşağıdır.

Məqalədə vurğulanır ki, doğum səviyyəsindəki azalmanın davam etməsi Yaponiyada əmək qabiliyyətli əhalinin sayının azalmasına, nəticə etibarilə isə iqtisadiyyatın bir çox sahələrində işçi qüvvəsi çatışmazlığının daha da dərinləşməsinə səbəb ola bilər.

 

// Gülnarə Abasova, Editor.az

Seçilən
19
editor.az

1Mənbələr