AZ

Qalib lider və güclü dövlətçilik xətti » AzadMedia.az

Qalib

Nazim Eynallı,
AAYDA nəzdində 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəhbəri


24 dekabr Prezident İlham Əliyevin doğum günü olmaqla yanaşı, müasir Azərbaycan dövlətçiliyinin inkişaf yoluna nəzər salmaq üçün də əlamətdar tarixdir. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi güclü dövlətçilik xəttini dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirir. Ölkədə siyasi sabitlik təmin olunub, milli maraqlara əsaslanan aydın strateji hədəflər formalaşıb.
Prezidentin qətiyyətli və prinsipial siyasəti Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Zəfəri mümkün edib. Bu uğur yalnız hərbi deyil, eyni zamanda siyasi və diplomatik qələbədir. Paralel olaraq iqtisadi inkişaf, regional layihələr və balanslı xarici siyasət Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirib. Bu gün Azərbaycan qlobal arenada etibarlı və nüfuzlu tərəfdaş kimi tanınır.



Seçilən
16
1
azadmedia.az

2Mənbələr