AZ

Liviyada 3 günlük matəm elan edildi - FOTO

Ankara yaxınlığında baş verən təyyarə qəzasında Liviya hərbi nümayəndə heyətinin beş üzvünün həlak olmasından sonra Liviya Milli Birlik Hökuməti üç günlük milli matəm elan edib.

Milli.Az xəbər verir ki, Liviya hökumətinin yaydığı rəsmi bəyanatda bildirilib ki, matəm müddətində ölkə üzrə bütün dövlət qurumlarında bayraqlar yarıya endiriləcək, rəsmi tədbirlər və bayram mərasimləri ləğv ediləcək.

Qəzada Liviya Baş Qərargah rəisi Məhəmməd Əli Əl-Həddad da daxil olmaqla beş hərbçi həyatını itirib.

Liviya Baş naziri Əbdülhəmid Dibeybə Müdafiə Nazirliyinə qəzanın səbəblərini araşdırmaq məqsədilə Türkiyə hakimiyyəti ilə birbaşa əlaqələndirmə apararaq Ankaraya rəsmi nümayəndə heyəti göndərilməsi barədə də göstəriş verib.

Xatırladaq ki, Türkiyəyə rəsmi səfərdən sonra ölkələrinə qayıdan beş nəfərlik Liviya hərbi nümayəndə heyətini daşıyan Falcon 50 tipli biznes təyyarəsi Ankara yaxınlığında radarlardan itib və sonradan qəzaya uğradığı müəyyən edilib.

Qəza nəticəsində həyatını itirən şəxslər:

Liviya Baş Qərargah rəisi Məhəmməd Əli Əl-Həddad

Ordu komandanı, general-leytenant Əl-Fayturi Qərib

Liviya Hərbi Sənayesinin rəhbəri, briqada generalı Mahmud Əl-Qətivi

Baş Qərargah rəisinin müşaviri Məhəmməd Əl-Əsəvi Diab

Baş Qərargah rəisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Mahcub

Fidan
Milli.Az

Seçilən
30
1
milli.az

2Mənbələr