AZ

ABŞ Ədliyyə Nazirliyi Trampın Epşteynlə və qızlarla uçuşlarını sənədlərlə açıqlayıb

Sənədlərdə keçmiş prezidentin şəxsi təyyarədə uçuşları və anonim iddialar yer alıb...

Poliqon xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi Ceffri Epşteyn işi ilə bağlı təxminən 30 min səhifəlik yeni sənədləri açıqlayıb. Materiallarda keçmiş prezident Donald Trampın pedofil Epşteynin şəxsi təyyarəsində ən azı səkkiz dəfə uçduğu, o cümlədən bir dəfə 20 yaşlı adı çəkilməyən qızla, digər uçuşda isə yalnız Epşteynlə ikilikdə olduğu göstərilib. NBC News telekanalının məlumatına görə, bəzi uçuşlarda həmçinin Epşteynin rəfiqəsii Gisleyn Maksvellin işində potensial şahid ola biləcək qadınlar da olub.

Sənədlərdə federal prokuror tərəfindən göndərilən elektron poçt mesajında qeyd olunub ki, Tramp Epşteynin təyyarəsi ilə əvvəllər bildirildiyindən daha tez-tez səyahət edib. Eyni zamanda, açıqlanmış materiallarda 2019-cu ildə Epşteynin intiharından üç gün əvvəl yazdığı iddia edilən məktub da yer alıb. Məktubda ABŞ Olimpiya komandasının məşqçisi Lerri Nassar-a müraciət edilir və Trampın “gənc cəlbedici qızlara qarşı sevgisini paylaşdığı” iddia edilir. NBC News məktubun həqiqətən Epşteyn tərəfindən yazılıb-yazılmadığını təsdiqləməyib.

Sənədlərdə həmçinin 2020-ci il prezident seçkilərindən əvvəl FBI-a daxil olan anonim məlumatlar yer alıb. Məlumatlarda bir qadının 1990-cı illərdə Tramp və Epşteyn tərəfindən zorlandığını iddia etdiyi bildirilir, lakin NBC News qeyd edir ki, bu məlumat üzrə istintaqın aparılıb-aparılmadığı aydın deyil.

Ədliyyə Nazirliyi açıqlamasında X sosial şəbəkəsində bəyan edib ki, yayımlanan sənədlərin bir hissəsində “Donald Trampa qarşı yalan və sensasion iddialar” mövcuddur.

“Bu iddialar əsassız və yalandır, əgər həqiqətin dənəsi olsaydı, artıq Trampa qarşı istifadə olunardı”, deyə  Nazirliyin rəsmi açıqlamasında deyilir.

Qeyd edək ki, Ceffri Epşteyn 2008-ci ildə azyaşlı qızların fahişəliyini təşkil etməkdə günahını qəbul edib, 2019-cu ildə isə azyaşlıların cinsi istismarı məqsədilə insan alverində ittiham edilərək həbs olunub və həmin il həbsdə intihar edib. Onun rəfiqəsi Gisleyn Maksvell hazırda 20 illik həbs cəzasını çəkir.

Yeni sənədlərin açıqlanması Trampın Epşteynlə uçuşları və “qızlardan xəbərdar olması” iddialarına dair Demokratlar tərəfindən yayımlanan məktublardan sonra marağın yenidən artmasına səbəb olub. Daha sonra işlə bağlı on minlərlə elektron məktub açıqlanıb və onların təxminən 1,5 minində Trampın adı keçir, lakin cinayət əməli ilə bağlı birbaşa sübutlar mövcud deyil.

2018-ci ildə Epşteynin Tramp haqqında məlumatı Rusiya xarici işlər naziri Sergey Lavrov vasitəsilə Vladimir Putinə çatdırmağa çalışdığı da bildirilir. O zaman Epşteyn Norveçin sabiq baş naziri Turbyorn Yaglanda əlaqə qurmaq üçün müraciət edib. Yaglandın cavabında qeyd olunur ki, o, Lavrovun köməkçisi ilə görüşüb Epşteynlə əlaqə qurmağı təklif edib, lakin görüşün baş tutub-tutmadığı məlum deyil.

Poliqon.info

Seçilən
47
poliqon.info

1Mənbələr