AZ

Füzuli şəhərinin su kanalizasiya infrastrukturunun qurulması 12 milyona başa gələcək

ain.az, Operativmedia saytına istinadən bildirir.

Füzuli şəhərinin su-kanalizasiya infrastrukturunun qurulmasına sərf olunacaq vəsaitin həcmi məlum olub.

Operativ Media İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bu barədə  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat əldə edilib.

Məlumata görə, şəhərin magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədləri hazırlanacaq və tikintinin həyata keçirilməsi çərçivəsində layihənin texniki şərtlərinin təsdiqi, qəbul-təhvil prosedurları aparılacaq.

Agentliyin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Sözügedən işlərin icrasını “Protean Construction” şirkəti öz üzərinə götürüb və şirkət layihənin maliyyə dəyərini qiymətləndirərək ADSEA-ya 12 milyon 41 min manat təklif edib.

Yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
2
operativmedia.az

3Mənbələr