"Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür.
Cənab Prezident, Sizi bu əlamətdar gününüz münasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, Azərbaycanın inkişafı, ərazi bütövlüyü uğrundakı, ümummilli problemlərin həllindəki işlərinizdə uğurlar diləyirik".
Newscenter.az xəbər verir ki, bu fikirlər "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" ictimai birliyinin (ATXƏM) sədri İlham İsmayılovun təbrik mesajında qeyd edilib.
İlham İsmayılov, "Uğurla davam etdirdiyiniz həm xarici, həm daxili siyasətdəki prinsipial mövqeyinizi alqışlayırıq. Ölkə daxilindəki vətəndaş məmnunluğunun artması yönündə apardığınız islahatlarda sonunadək Sizinləyik"-, deyə vurğulayıb.
Süleyman