Sosial şəbəkədə Azərbaycanla bağlı yayılan video maraq doğurub.
Bakıvaxtı.az milli.az-a istinadən xəbər verir ki, Mori adlı bloqer "Google maps" üzərində Azərbaycanın bir neçə məkanını seçərək izləyicilərinə təqdim edib.
Onun açdığı bütün məkanlar görünüşü ilə bloqeri heyran edib. Bloqer əvvəlcə Bakıdan iki məkan seçib, sonra rayonlara üz tutub. O, bir neçə məkanın adını səhv tələffüz edib. Bloqerin Göyçə gölünün ətrafını seçməsi diqqətdən yayınmayıb.
Mori sonda bildirib ki, Azərbaycanda "xoşagəlməz" yer olmadığı üçün testi keçmədi.
Qeyd edək ki, Mori "Google maps"də hər hansı ölkə seçərək "filan ölkəni ən pis yeri çıxana qədər tədqiq edək" deyə paylaşımlar edir.