AZ

IFFHS milli komandalar üzrə 2025-ci ilin ən yaxşı baş məşqçisini açıqlayıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) milli komandalar üzrə 2025-ci ilin ən yaxşı baş məşqçisini açıqlayıb.

"Report" IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, bu ada İspaniya yığmasından Luis de la Fuente layiq görülüb.

64 yaşlı mütəxəssis 136 xalla birinci olub.

Portuqaliyanın baş məşqçisi Roberto Martines 83 xalla ikinci yeri tutub. İlk "3-lüy"ü 59 xalla Argentina yığmasından Lionel Skaloni qapayıb.

Seçilən
25
5
far.az

10Mənbələr