AZ

Toyota 55 mindən çox avtomobili geri çağırır

Toyota, inverter sistemində aşkar edilən istehsal mənşəli problem səbəbindən ABŞ üzrə 55 min 405 avtomobilin geri çağırılması barədə qərar qəbul edib.

Marja xəbər verir ki, proses ABŞ Milli Avtomobil Yollarında Təhlükəsizlik İdarəsi (NHTSA) tərəfindən elan olunub.

NHTSA-nın açıqlamasına görə, geri çağırma inverterin daxilində yerləşən bir boltun istehsal zamanı kifayət qədər bərkidilməmiş ola biləcəyinin müəyyən edilməsindən sonra başlanıb. Tənzimləyici qurum bildirib ki, bu vəziyyət inverter terminalında natamam təmas riski yarada bilər.

Geri çağırmadan hansı Toyota modellərinin təsirləndiyi barədə də bu mərhələdə ətraflı məlumat verilməyib.

İş elanları AzVak.az-da

Seçilən
38
marja.az

1Mənbələr