Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Moskvada yol polisinə məxsus xidməti avtomobilin yaxınlığında partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
İlkin məlumata görə, hadisə nəticəsində 2 polis əməkdaşı həlak olub, 2 nəfər isə ağır yaralanaraq hadisə yerindən birbaşa xəstəxanaya çatdırılıb.
Qeyd olunub ki, xidməti avtomobilin yanında əl istehsalı partlayıcı qurğu işə düşüb. Partlayışdan sonra avtomobilin üzərində və asfalt örtüyündə çoxsaylı qəlpə izləri aşkarlanıb.
Digər bir versiyaya görə, partlayıcı qurğunu naməlum şəxslər polis maşınına atıblar.
Faktla bağlı cinayət işi başlanıb, hücumda iştirak edən şəxslərin müəyyənləşdirilməsi və axtarışı aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.