Müğənni Nadir Qafarzadə həmkarı Zabitə Əliyeva ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib. O bildirib ki, hər gün işə avtobusla gedib-gəlir və bu zaman Zabitə Əliyevanı da tez-tez görür.
News365.az xəbər verir ki, Müğənni avtomobili olan insanlarla olmayanlar arasında dəyər fərqi qoymağın düzgün olmadığını bildirib:
“Zabitənin maşını yoxdur, mən buna çox pis oluram, amma bu onun pis insan və ya zəif sənətkar olması demək deyil. Avtomobili olanların hansından pisdir ki?” – deyə o vurğulayıb.
Nadir Qafarzadə həmçinin bildirib ki, Zabitə Əliyevanın daha komfortlu yaşamağa haqqı var və bu mövzuda danışarkən kövrəlib: “Allah mənə ruzi yetirsin, ona maşın alım. Elə insanlar var ki, onların konfortlu yaşamağa ixtiyarı var”.
Müğənninin bu fikirləri sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.