AZ

Liviyanın Baş Qərargah rəisi olduğu təyyarə qəzaya düşüb, qalıqlar aşkarlanıb

Ankaradan Tripoliyə uçan və göyərtəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddadın olduğu təyyarə qəzaya uğrayıb.

Bu barədə Banker.az  “HaberGlobal”a istinadən xəbər verir.

Qeyd olunub ki, artıq təyyarənin qalıqları aşkar edilib.

Haymana meri Levent Koç bildirib: “Axtarış aparılacaq ərazilər kəndlərin yerləşdiyi bölgələrdir. 6-7 kəndin olduğu yerdir. Piyada gedilə bilən bir yer deyil. Hazırda əlverişsiz hava şəraiti hökm sürür, r. Çoxlu yağış və duman var”.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya da Ankara hava limanından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayan Falcon 50 təyyarəsinin qalıqlarının aşkarlandığını təsdiqləyib.

O, “X” hesabında yazıb: “Ankaradakı Esenboğa hava limanından Tripoliyə gedən təyyarənin qalıqları jandarma bölmələrimiz tərəfindən Haymana rayonunun Kesikkavak kəndindən 2 km cənubda aşkar edilib”.

Seçilən
30
1
banker.az

10Mənbələr