AZ

Liviyanın Baş naziri: Türkiyədəki təyyarə qəzasında sağ qalan olmayıb

Yazını böyüt
Yazını kiçilt

Ankara-Tripoli reysini yerinə yetirərkən qəzaya uğrayan təyyarədə Liviyanın Baş qərargah rəisi ilə birlikdə 5 nəfər həlak olub.

Hafta.az xəbər verir ki, bu barədə Liviya Milli Birlik Hökumətinin rəhbəri Abdul Hamid Dbeyba məlumat verib. Hökumət başçısı qəzada ölənlərin ailələrinə başsağlığı verib. Havaya qalxdıqdan 42 dəqiqə sonra radarlardan itən “Falcon 50” tipli təyyarənin qalıqları Haymana rayonunun Kesikkavak kəndindən 2 kilometr uzaqlıqda aşkarlanıb. Qəza ilə bağlı cinayət işi açılıb. Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib ki, istintaq tədbirləri 4 prokurura həvalə edilib.

Xatırladaq ki, Türkiyədə rəsmi səfərdə olan Liviyanın Baş qərargah rəisi ötən gün Ankarada bir sıra görüşlər keçirərək, hərbi əməkdaşlıq məsələlərini müzakirə edib.

Daxili işlər naziri Ali Yerlikayanın məlumatına əsasən, rəsmi səfər proqramı yekunlaşandan sonra 5 nəfərlik heyət “Falcon 50” tipli təyyarə ilə Liviyaya uçub. Saat 20:52-də təyyarə ilə əlaqə kəsilib

Seçilən
11
3
hafta.az

4Mənbələr