AZ

“iPhone 17 Pro” seçimi nə qədər məntiqlidir? -Açıqlama

"GSMArena" nəşrinin mütəxəssisləri “Apple” şirkətinin təqdim etdiyi “iPhone 17” modelinin üstün cəhətlərini açıqlayıblar.

Redaktor.az xəbər verir ki, material media orqanının rəsmi saytında dərc olunub.

Jurnalistlər qiymətləri 800 və 1100 dollar (təxminən 63 min və 86 min rubl) olan “iPhone 17” və “iPhone 17 Pro” modellərini müqayisə ediblər. Onların qənaətinə görə, bu il “Apple”nin bu iki smartfonu arasında texnologiya, funksiyalar və sürət baxımından fərq minimumdur. Daha münasib qiymətə təqdim olunan “iPhone 17”, bahalı Pro versiyadan demək olar ki, geri qalmır.

Qeyd olunur ki, “iPhone 17” şüşə və alüminium materiallardan hazırlanmış korpusa malikdir.

Hər iki model yüksək keyfiyyətli kamera imkanları təqdim edir. Bununla belə, “iPhone 17 Pro”nun daha inkişaf etmiş kamera sistemi istifadəçiyə əlavə tənzimləmə imkanları yaradır.

“Apple” nadir hallarda “iPhone 17” kimi modeli Pro versiyaya bu qədər yaxın xüsusiyyətlərlə təqdim edir”, - deyə GSMArena vurğulayıb.

Jurnalistlərin fikrincə, “iPhone 17 Pro” əlavə ödənişə dəyər, lakin funksionallıq baxımından üstünlüyü böyük deyil.

Aytəkin TOFİQQIZI

Seçilən
35
1
redaktor.az

2Mənbələr