AZ

Bu ölkədə üç günlük matəm elan olundu

Liviya hərbi nümayəndə heyətini daşıyan təyyarənin Ankarada qəzaya uğraması ilə əlaqədar ölkədə üç günlük milli matəm elan edilib.

“Yeni Sabah” bildirir ki, Liviya hakimiyyət orqanları qəza nəticəsində həlak olanların xatirəsinə ölkə ərazisində üç günlük milli matəm elan edildiyini açıqlayıb. Ankara Esenboğa hava limanından Liviyanın paytaxtı Trablusa uçmaq üçün havaya qalxan, göyərtəsində Liviya Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Əli əl-Həddadın da olduğu xüsusi reaktiv təyyarə Ankaranın Haymana rayonunun Kesikkavak kəndi ərazisində naməlum səbəbdən dağlıq sahəyə düşüb. Hazırda hadisə yerində müvafiq qurumlar tərəfindən işlər davam etdirilir.


Telegram kanalımız
Seçilən
17
1
yenisabah.az

2Mənbələr