AZ

Bu qədər pul yığıldı - Birinci Liqa komandalarından

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, toplantıda 1-ci liqanın 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Zaqatala” – MOİK oyununun 63-cü dəqiqəsində MOİK komandasının futbolçusu Nihad Qurbanlı rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb,

MOİK 300 manat cərimə edilib. Matçın 53-cü dəqiqəsində “Zaqatala”nınfutbolçusu Habibu Abdurəşid ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb, klub 300 manat cərimə edilib.

Bundan başqa, "Zaqatala” legioner limitini pozduğuna görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilb, klub 1200 manat cərimə edilib.

“Şahdağ Qusar” – “Səbail” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 210 manat cərimə edilib.

“Difai” – “Mingəçevir” oyununun 31-ci dəqiqəsində “Difai”ninfutbolçusu Musa Musazadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, “Difai” komandası 150 manat cərimə edilib.

Seçilən
23
sportinfo.az

1Mənbələr