AZ

Vitrində bir, kassada isə fərqli qiymət - “Bravo” yenə cərimələndi

BAKI, 24 dekabr. TELEQRAF

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət AgentliyiBravosupermarketlər şəbəkəsini növbəti dəfə cərimələdib.

Teleqraf-ın məlumatına görə, ticarət əleyhinə olan İnzibati Xətalar Məcəlləsinin tələblərini pozan şirkət barədə protokol tərtib edilib.

Protokolda qeyd olunur ki,“Bravo” marketdə “Rucker Gauda” pendirinin 1 kq-nın qiymətinin 19.49 manat göstərilməsinə baxmayaraq, kassada 22.99 manata satılıb.

İXM-nin 447.0.1-ci
maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədən “Bravo” 4 min manat cərimə olunub.

Qeyd edək ki, “Bravo”da daha öncə də oxşar nöqsanlar olduğu üçün dəfələrlə cəriməyə məruz qalıb.

Seçilən
30
8
teleqraf.com

9Mənbələr