AZ

Liviyada matəm elan olunub

Liviya Milli Birlik Hökuməti Türkiyədə baş verən təyyarə qəzasında Baş qərargah rəisi Mohammed Ali Ahmed el Haddadın başçılıq etdiyi heyətin həlak olması ilə əlaqədar üç günlük matəm elan edib.

“İki sahil” xəbər verir ki,  matəmlə əlaqədar ölkə ərazisində bayraqlar yarıya qədər endiriləcək.

Liviya hökümətinin başçısı Abdul Hamid Dbeyba, qəzanın səbəblərinin araşdırılması məqsədi ilə Müdafiə Nazirliyinin bir qrup əməkdaşının Türkiyəyə ezam olunması tapşırığını verib.

Bildirilir ki, sözü gedən heyət Türkiyənin rəsmi qurumları ilə sıx koordinasiyada fəaliyyət göstərəcək.

Seçilən
25
7
ikisahil.az

8Mənbələr