Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Yurd-yuvamızdan çox pis vəziyyətdə gəlmişdik. Yataqxanalarda, qohum evlərində qaldıq. Şükürlər olsun ki, indi öz evimizə köçürük".
Bu sözləri Oxu.Az-a açıqlamasında növbəti köç karvanı ilə Cəbrayıl rayonunun Horovlu kəndinə qayıdan Solmaz Ağayeva deyib.
Onun sözlərinə görə, Cəbrayılın Fuqanlı kəndindən köçkün düşüb, indi Horovluya qayıdır:
"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Prezidentimizin səyləri nəticəsində qayıdırıq. Bundan böyük xoşbəxtlik ola bilməz".
Xatırladaq ki, bu gün Horovlu kəndinə 19 ailə - 70 sakin köçürülür.
Elmidar Əliyev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.