AZ

Antiterror əməliyyatlarının iştirakçısı doğma kəndinə köçür

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"26 yaşım var, Cəbrayıl rayonunu görməsəm də, doğma yurduma qayıtmağın sevincini yaşayıram".

Bu sözləri Oxu.Az-a açıqlamasında növbəti köç karvanı ilə Cəbrayıl rayonunun Horovlu kəndinə qayıdan Mahsun Taleh oğlu Cəfərov deyib.

Onun sözlərinə görə, antiterror əməliyyatlarının iştirakçısı olub:

"Bu gün doğma kəndimə qayıtmağın sevincini yaşayıram. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Bu günü bizə yaşatdıqları üçün şəhidlərimizə, qazilərimizə minnətdaram. Allah şəhidlərimizə rəhmət eləsin, şəhid analarına səbr versin, Prezidentimizə və qazilərimizə can sağlığı arzulayıram".

Xatırladaq ki, bu gün Horovlu kəndinə 19 ailə - 70 sakin köçürülür.

Elmidar Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
oxu.az

1Mənbələr