AZ

ABŞ "C-130J Super Hercules" təyyarələri üçün müqavilənin dəyərini 25 milyard dollara çatdırıb

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələri "Lockheed Martin" korporasiyası ilə"C-130J Super Hercules" hərbi nəqliyyat təyyarələrinin istehsalınadair müqavilənin dəyərini 10 milyard dollar artıraraq 25 milyarddollara çatdırıb.

Trend xəbər verirki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Açıqlamada qeyd olunur ki, müqavilənin ümumi nominal dəyəridəyişiklikdən sonra 15 milyard dollardan 25 milyard dollarayüksəlib. Müqavilənin 16 iyul 2035-ci ilədək tamamlanması nəzərdətutulur, lakin bu müddət ərzində istehsal olunacaq təyyarələrindəqiq sayı açıqlanmayıb. ABŞ tərəfi istehsal ediləcək təyyarələrinbir hissəsini Avstraliya, Almaniya, Misir, Yeni Zelandiya, Norveç,Filippin və Fransaya satmağı planlaşdırır.

Bundan əlavə, ABŞ Hərbi Hava Qüvvələri "Boeing" şirkəti ilə B-52Stratofortress strateji bombardmançı təyyarələri üçün mühərriklərindəyişdirilməsi xidmətlərinə dair 2 milyard dollarlıq müqavilə dəimzalayıb. Həmin müqavilənin 31 may 2033-cü ilədək icra olunacağıbildirilir.

Seçilən
82
az.trend.az

1Mənbələr