AZ

İlham Əliyev qlobal miqyasda söz və nüfuz sahibi olan liderdir

ain.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Cənab Prezident İlham Əliyev yalnız bir dövlət başçısı deyil, eyni zamanda milli iradənin təcəssümü, güclü siyasi məktəbin banisi, qlobal miqyasda söz və nüfuz sahibi olan liderdir. Onun rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, Zəfər tarixini qızıl hərflərlə yazmışdır. Bu Zəfər — illərlə aparılan düşünülmüş siyasətin, prinsipial mövqenin və sarsılmaz iradənin nəticəsidir".Newscenter.az xəbər verir ki, bunları ictimai-siyasi fəal Anar Salehoğlu deyib. O bildirib ki, bu gün Azərbaycan regionda sabitliyin, inkişafın və güclü dövlət idarəçiliyinin nümunəsinə çevrilibsə, bu, bilavasitə cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, strateji baxışının və xalqa söykənən liderliyinin təzahürüdür:"Sosial rifahın yüksəldilməsi, gənclərə göstərilən xüsusi diqqət, milli-mənəvi dəyərlərin qorunması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi onun fəaliyyətinin əsas istiqamətlərindəndir".Süleyman

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
newscenter.az

2Mənbələr