ABŞ Sahil Mühafizəsinin hərbçiləri əlavə qüvvələrin bölgəyə çatmasından sonra Venesuelaya doğru Panama bayrağı altında hərəkət edən "Bella-" neft tankerinin ələ keçirilməsi cəhdinə başlaya bilərlər.
APA xəbər verir ki, bu barədə Reuters agentliyi dekabrın 23-də mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Sahil Mühafizəsi 21 dekabrdan etibarən təqib etdiyi Venesuela ilə əlaqəli tankerin göyərtəsinə çıxmaq və onu ələ keçirmək üçün əlavə qüvvələrin gəlişini gözləyir.
Qeyd olunur ki, tanker heyəti ABŞ hərbçilərinin gəminin göyərtəsinə daxil olmasına razılıq vermir.