ain.az, Apa.az portalına istinadən məlumat verir.
ABŞ bu həftə Karib hövzəsinə xüsusi təyinatlı qüvvələr və hərbi yüklər daşıyan çoxsaylı təyyarələr göndərib.APA xəər verir ki, bu barədə The Wall Street Journal nəşri amerikalı rəsmilərə və açıq uçuş məlumatlarına istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, bazar ertəsi ABŞ-ın Nyu-Meksiko ştatındakı Kannon aviabazasından Karib hövzəsinə azı 10 ədəd CV-22 Osprey tipli, dönən vintli təyyarə göndərilib.Bu tip hava gəmiləri ABŞ Xüsusi Əməliyyat Qüvvələri tərəfindən istifadə olunur.
Bundan əlavə, Fort-Stüart və Fort-Kempbell hərbi bazalarından C-17 tipli yük təyyarələrinin Puerto-Rikoya çatdığı bildirilir. Amerikalı rəsminin sözlərinə görə, həmin təyyarələr hərbi heyət və avadanlıq daşıyıb.
Mənbə daşınan qoşunların növünü və avadanlığın dəqiq tərkibini açıqlamayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.