AZ

Venesuela parlamenti dəniz quldurluğuna qarşı qanun layihəsini təsdiqləyib

BAKI, 24 dekabr. TELEQRAF

Venesuelanın Milli Assambleyası (parlament) dəniz quldurluğu, blokada və digər qeyri-qanuni beynəlxalq fəaliyyətlər şəraitində gəmiçilik və ticarət azadlığının təmin olunması haqqında qanun layihəsini yekdilliklə qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə parlamentin sədri Xorxe Rodriges "Venezolana de Television" telekanalının efirində məlumat verib.

“Biz dəniz quldurluğundan, blokadadan və digər qeyri-qanuni beynəlxalq hərəkətlərdən gəmiçilik və ticarət azadlığının müdafiəsi haqqında Qanunu yekdilliklə qəbul etdik. Bu gün güclü, cəsarətli və vətənpərvər qanunverici hakimiyyətə malik olmağımıza imkan verən səylərinə görə deputatlara minnətdaram”, – deyə Rodriges bildirib.

Qəbul edilən qanun BMT Nizamnaməsinə və 1958-ci il Cenevrə Dəniz Hüququ Konvensiyasına əsaslanır. Həmin sənədlərə görə, dəniz quldurluğu beynəlxalq sularda gəmiyə və ya hava nəqliyyatına qarşı yönəlmiş hər hansı qeyri-qanuni zorakılıq, ələ keçirmə və ya qarət aktı kimi müəyyən edilir.

Qanunun maddələrindən birində dəniz quldurluğu, blokada və digər beynəlxalq hüquq pozuntularına çağırış, təhrik, yardım, maliyyələşdirmə və ya birbaşa iştirak hallarına görə 15 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bu tədbirlər Venesuela ilə ticarət əməliyyatları aparan hüquqi şəxslərə qarşı yönəlmiş qanunsuz hərəkətlərə şamil olunur.

Xatırladaq ki, 10 dekabrda ABŞ Prezidenti Donald Tramp sanksiya altında olan Venesuela nefti daşıyan tankerin saxlanıldığını və ABŞ-nin bu nefti özündə saxlamağı planlaşdırdığını açıqlamışdı.

Seçilən
24
teleqraf.com

1Mənbələr