AZ

Ayaqlarımız niyə üşüyür? - Əsas səbəb açıqlandı

Bir çox insan, xüsusilə soyuq havalarda və ya ev şəraitində belə ayaqlarının tez-tez üşüdüyündən şikayətlənir.

Milli.Az xəbər verir ki, mütəxəssislər bu vəziyyətin əsas səbəblərini açıqlayıb.

Həkimlərin sözlərinə görə, ayaqların üşüməsinin başlıca səbəbi qan dövranının zəifləməsidir. Orqanizm soyuq mühitdə ilk növbədə həyati vacib orqanları - ürək və beyni qorumağa çalışır. Bu zaman qan dövranı əllər və ayaqlar kimi periferik nahiyələrdə azalır, nəticədə ayaqlarda soyuqluq hissi yaranır.

Digər mühüm səbəblərdən biri aşağı təzyiq və ya damar daralmasıdır. Qan damarlarının kifayət qədər genişlənməməsi ayaqlara gedən qanın miqdarını azaldır. Bundan əlavə, dəmir çatışmazlığı (anemiya), qalxanabənzər vəzin zəif fəaliyyəti və şəkərli diabet də ayaqların üşüməsinə səbəb ola bilər.

Mütəxəssislər bildirir ki, uzun müddət hərəkətsiz qalmaq, stress, siqaret istifadəsi və nazik corab və ayaqqabılar da bu problemi artırır. Xüsusilə qadınlarda hormonal dəyişikliklər fonunda ayaqların tez üşüməsi daha çox müşahidə olunur.

Həkimlər ayaqların daim üşüməsi halında diqqətli olmağı və bu vəziyyətin uzunmüddətli xarakter daşıdığı təqdirdə mütləq həkimə müraciət etməyi tövsiyə edirlər. Sağlam qidalanma, müntəzəm hərəkət və isti geyim isə problemin azalmasına kömək edə bilər.

Fidan
Milli.Az

Seçilən
82
2
milli.az

10Mənbələr