AZ

Tramp Qazaxıstan və Özbəkistan prezidentlərini G20 sammitinə dəvət edəcək

BAKI, 24 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp gələn il Mayami şəhərində keçiriləcək G20 sammitinə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi dəvət edəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Tramp bu barədə hər iki liderlə apardığı ayrı-ayrı telefon danışıqlarından sonra məlumat verib. O, "Truth Social" platformasında paylaşım edərək ABŞ-nin Qazaxıstan və Özbəkistanla münasibətlərini yüksək qiymətləndirib.

Donald Tramp bildirib ki, Tokayev və Mirziyoyevlə telefon danışığı zamanı davam edən münaqişələrə sülh gətirilməsi, həmçinin ölkələr arasında ticarət və əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. ABŞ prezidentinin sözlərinə görə, G20 sammiti gələn il Mayamidə keçiriləcək və hər iki lider bu mühüm tədbirə qonaq qismində dəvət ediləcək.

Seçilən
32
teleqraf.com

1Mənbələr